AZ

Pezeşkian İran xalqına müraciət edəcək

ain.az, Modern.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edəcək.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında Hökumət İnformasiya Şurasının rəhbəri Elias Hazreti bildirib."Prezident Pezeşkian tezliklə xalqa müraciət edəcək", - Elias Hazreti deyib.İranda etiraz aksiyaları 12 gündür davam edir. Ölkənin bir sıra şəhərlərində vəziyyət daha da gərginləşib. Nişabur, Məşhəd, Qəzvin, Torbət-e Cam, Kermanşah və Kərəc şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrini küçələrdən sıxışdıraraq geri çəkilməyə məcbur etdiyi bildirilir.

Məşhəd şəhərində SEPAH-a məxsus avtobus etirazçılar tərəfindən yandırılıb. 

Kərəc və Tonekabon şəhərlərində təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahdan və gözyaşardıcı qazdan istifadə etdiyi haqda məlumatlar yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
modern.az

1Mənbələr