AZ

Duman, mülayim külək...

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.

Q.ƏLİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
32
xalqqazeti.az

10Mənbələr