AZ

“Aydın” yenidən səhnəyə gəlir...

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

525.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Vüqar Məmmədovdur. 

Yeni səhnə əsərində Əməkdar artist Elnar Qarayev, aktyor Elçin Əfəndi (Aydın), aktrisalar Lalə Süleymanova, Nəzrin Abdullayeva (Gültəkin), aktyorlar Rüstəm Rüstəmov (Surxay), İlyas Əhmədov (Dövlət bəy), aktrisalar Sevinc Əliyeva, Ləman İmanova (Böyükxanım), Əməkdar artist Kazım Həsənquliyev (Novruz), aktyorlar Mətləb Abdullayev (Balaxan), Ramin Şıxəliyev (Mirzə Cavad), aktrisa Güney Əkbərova (Susanna), aktyorlar Muhuma Sahov, Məmməd Məmmədli  (Qurban), Əli Nurzadə (tələbə), Fərid Qarayev (Şantanlakey), aktrisalar Məhsəti Tahirzadə, Nərminə Məhərrəmova, Rəbbilə Ələkbər-zadə (Kazino rəqqasələri) iştirak edirlər.

Cəfər Cabbarlının 1919-cu ildə qələmə aldığı "Aydın" əsəri milli ruhlu, qadın azadlığına həsr olunan, dövrünün sosial məsələlərini əks etdirən, Azərbaycan peşəkar teatrının formalaşmasında əhəmiyyətli rol oynayan əsərlərdəndir.

Tamaşanın premyerası fevralda olacaq.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
525.az

1Mənbələr