AZ

Həccə getmək istəyənlər, diqqət! - Bu şəxslər kənarda qala bilər

Qafqaz Müsəlmanları İdarəsinə 2026-cı il Həcc mövsümü üçün ayrılmış kvota artıq yarıyacan dolub.

Bunu “Yeni Sabah”a QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, hazırda ayrılmış Həcc kvotasının təxminən 50 faizi dolub. Rəsmi qeydiyyat müddəti fevralın 15-dək nəzərdə tutulsa da, kvota bu tarixdən əvvəl tamamlanarsa, sonradan müraciət edənlərin sənədləri qəbul edilməyəcək və həmin şəxslərin müraciəti növbəti ilə saxlanılacaq.

V.Cahangiri bildirib ki, sənədlərin qəbulu ilə bağlı hər hansı yenilik və ya əlavə tələblər tətbiq olunmayıb. Proses əvvəlki illərdə olduğu kimi, mövcud qaydalar əsasında həyata keçirilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Seçilən
60
yenisabah.az

1Mənbələr