AZ

ABŞ beynəlxalq təşkilatdardan çıxdığını ELAN EDİB

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, sənəd ABŞ-ın 35 qeyri-BMT beynəlxalq təşkilatından və 31 Birləşmiş Millətlər Təşkilatı agentliyindən çıxmasını nəzərdə tutur. Nəşrin yazdığına görə, Ağ Ev sözügedən təşkilatların adlarını açıqlamayıb. Bununla belə, rəsmi açıqlamada bu qurumların “ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd hesab edilən radikal iqlim siyasətlərini, qlobal idarəetmə yanaşmalarını və ideoloji gündəmləri təşviq etdiyi” bildirilib. Ağ Evin bəyanatında qeyd olunub ki, qərar ABŞ vergi ödəyicilərinin vəsaitlərinin “qlobalist gündəmləri ABŞ-ın prioritetlərindən üstün tutan təşkilatlara yönəldilməsinə son qoymaq” məqsədi daşıyır. Bildirilib ki, bu vəsaitlər bundan sonra ABŞ üçün daha uyğun hesab edilən missiyaların maliyyələşdirilməsinə yönəldiləcək. Reuters xatırladır ki, Donald Tramp daha əvvəl də ABŞ-ın BMT strukturlarına maliyyə töhfələrinin azaldılması, BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlığın dayandırılması, Fələstin üçün BMT-nin Yardım və İşlər Agentliyinə (UNRWA) maliyyələşmənin məhdudlaşdırılması və BMT-nin mədəniyyət qurumu UNESCO-dan çıxmaqla bağlı mövqeyini açıqlayıb.

Bundan əlavə, Tramp administrasiyası Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını da gündəmə gətirib.

Seçilən
70
Ajans.az

1Mənbələr