AZ

Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, şəhərin Qurd dərəsi adlanan ərazisinin bir hissəsində ŞQTM-in dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
8
bakivaxti.az

10Mənbələr