Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ukraynanın Dnepr şəhərində elektrik kəsintisinə görə məktəb tətili yanvarın 11-dək uzadılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Strana.ua” şəhər meriyasına istinadən Telegram kanalında məlumat yayıb.
Dnepropetrovsk vilayət hakimiyyəti bölgənin bir hissəsinin elektrik enerjisi kəsildiyini açıqlayıb. Yerli sakinlər enerji şirkətlərindən cümə axşamı axşamı elektrik enerjisinin bərpa olunacağı barədə mesajlar alırlar. Şəhərdə elektrik nəqliyyatı da işləmir.
Yerli ictimai qrupların verdiyi məlumata görə, bir müddət əvvəl Dneprdə partlayış baş verib. Daha sonra internetdə partlayışların videosu yayılıb, ardınca şəhərdə elektrik kəsilib.
Elmar
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.