ain.az, Bakupost portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan iki partiyanın dəstəyi ilə hazırlanmış yeni qanun layihəsinə “yaşıl işıq” yandırıb.Bakupost.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “X” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi artıq gələn həftə Nümayəndələr Palatasında səsverməyə çıxarıla bilər.Lindsi Qrem bildirib ki, bu qərar vaxtında qəbul olunub, çünki Ukrayna sülh naminə güzəştlərə gedir, Rusiya Prezidenti Vladimir Putin isə hərbi əməliyyatları davam etdirir və nəticədə günahsız insanlar həlak olur.Senatorun sözlərinə görə, sözügedən qanun layihəsi Prezident Trampa Rusiyadan ucuz qiymətə neft alan və bununla da, Putinin hərbi maşınını qidalandıran ölkələri cəzalandırmaq imkanı verəcək. O vurğulayıb ki, yeni sanksiyalar Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərin azaldılmasına yönəlib.Qanunvericilərin baxdığı sənəddə Rusiyadan neft, qaz, uran və neft məhsulları alan ölkələrdən idxala 500 faiz həcmində gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.Cavid, BakuPost Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.