AZ

Nazir Venesuelada ölənlərin siyahısını açıqladı KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Venesuelanın daxili işlər naziri Nikolas Maduronun qaçırılması əməliyyatı zamanı ölənlərin və yaralananların sayına aydınlıq gətirib.

KONKRET.az cnn-ə istinadla xəbər verir ki, Diosdado Kabello qeyd edib:

“100 nəfər ölüb. Təxminən bir o qədər də yaralı var”.

Kobello ölənlərin “münaqişə ilə əlaqəsi olmadığını” iddia edib.

ABŞ-nin Maduronu ələ keçirmək əməliyyatı zamanı 30-dan çox kubalı həlak olub.

“Mülki vətəndaşlar, evlərində olan qadınlar ölkəmizə atılan güclü bombalarla vurulub”, – nazir izah edib.

Xatırladaq ki, Venesuela ordusu ölən 23 hərbçinin siyahısını dərc edib. Kuba hökuməti isə Venesuelada 32 kubalının öldüyünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
2
konkret.az

3Mənbələr