Bakı. Trend:
“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalıgücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb.Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki,bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanıdeməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar - Çinin“BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters”şirkətləri cəlb edilib.
Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sementbazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də,şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir:“Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını vəixrac imkanlarını nəzərə alaraq, zavodun istehsal gücünü artırmağaqərar verdik. Norm Sement zavodunun klinker istehsalı gücününartırılması bizim üçün həm daxili bazarı təmin etmək, həm də xaricibazarlara klinker ixracı imkanlarını genişləndirmək baxımındanmühüm addım oldu. Bu təşəbbüs, növbəti 15-20 il ərzində ölkədaxilində sement və klinker tələbatının yerli istehsal hesabına tamqarşılanmasını təmin etməklə, Azərbaycanın sənaye potensialınıngücləndirilməsinə xidmət edəcək”.
“Norm”ASC-nin innovasiyalara davamlı sərmayəsi enerji sənayesiüçün strateji əhəmiyyət daşıyan quyu-tamponaj sementininistehsalında da öz əksini tapır. Bu məhsul neft-qaz sektorundaquyuların təhlükəsizliyinin və etibarlılığının təmin olunmasındamühüm rol oynayır. Şirkət bu istiqamətdə Azərbaycandakı SLB,həmçinin bp kimi beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıqedir və tərəfdaşlıq münasibətlərini ildən-ilə genişləndirir.Hazırda məhsul Orta Asiya ölkələrindən bəzilərinə ixrac olunur.Qarşıdan gələn illərdə quyu-tamponaj sementinin ixrac imkanlarınınartırılması və ixrac coğrafiyasının genişləndirilməsi nəzərdətutulur. Qeyd edək ki, Norm xüsusi növ sement sayılan quyu-tamponajsementinin Azərbaycanda yeganə istehsalçısıdır və şirkət, 2021-ciildə Cənubi Qafqazda ilk dəfə olaraq, bu məhsulun istehsalı iləbağlı Amerika Neft İnstitutundan müvafiq API sertifikatı əldəedib.
Həm sənaye, həm də ekoloji baxımdan məsuliyyətli fəaliyyətsərgiləyərən Norm, istehsal proseslərinin modernləşdirilməsi,resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılmasıistiqamətində də investisiyalar yatırır. İstehsal gücününartırılması ilə yanaşı şirkət tərəfindən ötən ildən etibarən sementistehsalında klinker əmsalı 5%-ə qədər azaldılıb ki, bu da təxminən85 min ton klinkerin əlavə sement istehsalına yönəldilməsinə imkanverir. Ölkənin sement istehsalı üzrə aparıcı müəssisəsi və tikintimaterialları istehsalçısı olaraq, Norm məhsullarının klinkerəmsalını optimizasiya etməklə, spesifik CO₂ emissiyalarınıazaltmağı dayanıqlı inkişaf məqsədləri çərçivəsində ön plandatutur.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir. Ölkəiqtisadiyyatının davamlı inkişafına dəstək məqsədilə NEQSOL Holdingbir sıra investisiya layihələrinə imza atır. Norm Sement zavodununistehsal gücünün artırılmasına yönəldilən sərmayə də bustrategiyanın mühüm tərkib hissəsini təşkil edir.