Xəbər verdiyimiz kimi,Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
NOCOMMENT.az yeni sədrin bioqrafiyasını təqdim edir. Hasil Abbasov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.