AZ

Macarıstan Paris razılaşmasına qarşı çıxdı - Avropa Rusiya ilə münaqişəyə bir addım da yaxınlaşdı…



Macarıstanın xarici işlər naziri Peter Siyarto Parisdəki görüşdən sonra Qərbi Avropa ölkələrinin Ukraynaya qoşun yeritməsi ideyasını sərt şəkildə tənqid edib.

XİN başçısı bunun Avropanı Rusiya ilə birbaşa münaqişəyə bir addım daha yaxınlaşdırdığını söyləyib.

Siyarto Budapeştin müharibəyə doğru hər hansı bir addımı qətiyyətlə rədd etdiyini və yalnız dinc danışıqları dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, Paris danışıqlarından sonra Kiyevə təhlükəsizlik zəmanətləri təklif edən bir bəyannamə qəbul edilib, London və Paris döyüşlər bitdikdən sonra Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildiriblər.

TAHİR

Seçilən
46
baki-xeber.com

1Mənbələr