AZ

İran etirazları yatırmaq üçün İraqdan silahlı yaraqlılar gətirir

İranda etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda hökumət İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. 

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV İraqdakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, “Kətaib Hizbullahı”, “Hərəkət Əlnücəba”, “Seyid əş-Şühəda” və “Bədr” silahlı qruplaşmalarına mənsub təxminən 800 nəfər İrana keçib.

Məlumata görə, bu yaraqlıların köçürülməsi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilir.

Rəsmi sənədlərdə onların Məşhəddə yerləşən İmam Rza türbəsinin ziyarətçiləri kimi təqdim edildiyi vurğulanıb.

Qeyd olunub ki, sözügedən silahlı şəxslər əvvəlcə Əhvaz şəhərindəki Xamenei bazasında toplanır, daha sonra isə etirazların yatırılması üçün ölkənin müxtəlif bölgələrinə göndərilir.

Daşqın Həsənov Missiya.Az

Seçilən
30
2
missiya.az

3Mənbələr