AZ

Narkotik və odlu silah satan şəxs HƏBS OLUNDU

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb. Ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Seçilən
34
22
Ajans.az

10Mənbələr