AZ

Rusiya -ABŞ münasibətləri kəskinləşir- ÖZƏL

"Pezident Donald Trampın Vladimir Putinə müsbət reveranslarını nəhayət ki, dəyişirlər. Bu xüsusda Dövlət katibi M. Robionun xüsusi fəallığı mühüm rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiyaya məxsus Atlantik okeanında mühafizə altında olan tankerə həmləsi ABŞ beynəlxalq geosiyasi mövqelərini gücləndirir. Həmçinin Ukraynanı böhranında Moskvaya mesaj vermiş olur.
ABŞ-in Rusiyanın neft tankerini ələ keçirməsi, V. Putin -D. Tramp arasında münasibətlərin kəskinləşməsi deməkdir. Baş verənlər məhz Ukraynanın maraqlarına xidmət edir. 
Rusiyanın 20 bəndlik sülh planını qəbul etməməsi, müharibəni davam etdirməsi və yalandan V. Putinin Ukraynanin onun iqamətgahına hücum etdiyini vurğulaması Ağ Evin mövqeyini dəyişib. Təbii ki, burada prezidenti D. Trampı Rusiya yönümlü siyasətindən çəkindirə biliblər".

Qeyd edək ki, ABŞ Rusiyaya məxsus Gəmi tankerini ələ keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr