Yazını böyüt
Yazını kiçilt
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobil Qala qəsəbəsində yolun kənarında dayanmış UAZ markalı maşına çırpılıb. Nəticədə "Hyundai" aşıb, C.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.