AZ

Dövlət qurumu təmizlik işləri üçün 1,5 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2026-cı il üçün bir sıra ASAN xidmət mərkəzlərində təmizlik və əlaqəli xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edib.

Modern.az xəbər verir ki, satınalma üzrə qiymət 1.459.914,93 azn-dir.

Tender 1 saylı Sumqayıt, 2 saylı Sumqayıt, 6 saylı Bakı, Ağcabədi, Şamaxı və Şəki regional ASAN xidmət mərkəzlərini əhatə edəcək.

Təkliflərin son təqdimetmə müddəti 21 yanvar 2026-cı il saat 17:00-də, zərflərin açılışı da həmin tarixdə və saatda keçiriləcək.

Seçilən
53
1
modern.az

5Mənbələr