ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
İran müxalifətinin lideri kimi şahzadə Rza Pəhləvi ilə görüşməyin vaxtı çatıb.
Axar.az xəbər verir ki, bu barədə sosial mediada AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət edən Avropa Parlamentinin üzvü Çarli Vaymers deyib.
“Yaşasın İran xalqı. Zalıma ölüm”, - o qeyd edib.
Qeyd edək ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğludur. Hazırda ABŞ-da yaşayan Rza İran hakimiyyətinə iddialıdır. Dekabrın sonunda İranda başlayan ümumxalq etirazlarının iştirakçıları onu ölkəyə qayıdıb hakimiyyəti götürməyə çağırırlar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.