AZ

ABŞ-nin hücumu nəticəsində Venesuelada ölənlərin sayı 100-ə çatıb

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu sözləri Venesuela daxili işlər naziri Diosdado Kabello dövlət televiziyası VTV-yə danışarkən deyib.

"Ölkəmizə hücum dəhşətli idi, bu doğrudur, bu bir faktdır və heç kim bunu gizlədə bilməz. İndiyə qədər 100 nəfər ölüb, eyni sayda yaralı var. Venesuela xalqı nəcib və cəsur bir xalqdır",-nazir bildirib.

Qeyd edək ki, Kabello ABŞ-nin ölkəyə hərbi müdaxiləsi zamanı çoxlu insanın həyatını itirdiyini və yaralananlar arasında sıravi sakinlərin də olduğunu bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
39
missiya.az

1Mənbələr