Vinisius Juniorun gələcək karyerası ilə bağlı daha bir variant ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Çelsi” rəhbərliyi “Real”ın hücumçusunu transfer etmək istəyir.
“The Guardian” qəzetinin məlumatına görə, London klubu 25 yaşlı braziliyalı üçün 160 milyon avro təklif etməyə hazırdı. “Çelsi” rəhbərliyi hazırkı klubundakı mövqeyindən narazı olan hücumçunu İngiltərəyə keçməyə razı salacağına ümid edir.
Vinisius “Real”da 2018-ci ilin yayından oynayır. Onun İspaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta