AZ

Qala qəsəbəsində avtomobil aşdı – ÖLƏN VAR

Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bizim.Media xəbər verir ki, 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış "UAZ" markalı avtomobilə çırpılaraq aşıb.

Hadisə nəticəsində C. Əliyev ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report.az)

Bizim.Media

Seçilən
101
6
bizim.media

8Mənbələr