AZ

“Yığmaya dəvət almışıqsa, deməli, hamımız eyni səviyyədəyik”

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində komanda iki yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da “Səbail”, 17-də isə “Şamaxı” ilə qarşılaşması planlaşdırılır.

Yığmaya ilk dəfə dəvət alan “İmişli”nin futbolçusu Tuncay Yusifli “Futbolpress.az“a hisslərini bölüşdü:

“Millidə olmaq hər futbolçunun arzusudur. Çox şadam ki, mənə də bu şansı verdilər. İlk dəfə yığmanın toplanışında olacaq. Maksimum gücümü qoyub, özümü göstərməyə çalışacağam. Millidə rəqabət aparmağı bacarmalısan. Yığmaya dəvət almışıqsa, deməli, hamımız eyni səviyyədəyik. Ona görə yaxşı mübarizə aparmaq, məşqçidən şansı qazanmaq lazımdır”.

Tuncay “İmişli”nin çempionatın I dövrəsindəki çıxışına toxundu:

“Liqaya yeni gələn komanda olduğumuzu nəzərə alsaq, yaxşı start vermişik Mövsümün qalan hissəsində də yaxşı mübarizə aparmaq, nəticələr qazanmaq istəyirik. Bunun üçün kifayət qədər gücümüz və inamımız, ruhumuz var”.

“İmişli” Premyer Liqada 16 turdan sonra 17 xalla 9-cu sıradadır.

Tuncay bu mövsüm 4 oyunda meydana çıxıb.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
futbolpress.az

1Mənbələr