Ajans.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Səlim Əliyev idarə etdiyi “Mercedes Benz e400” markalı avtomobillə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Rəsulovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.