Bu gün Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.