Harvi Barnsın İngiltərə Premyer Liqasının XXI turunda “Lids”lə oyunun 102-ci dəqiqəsində (101:48) vurduğu qol məlumatlar saxlanılmağa başlandığından (2006/2007 mövsümündə) Premyer Liqa tarixində ən gec qələbə qolu olub.
Msport.az xəbər verir ki, “Nyukasl” hazırda 32 xala malikdir və İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı, “Lids” 22 xalla 16-cı yerdədir.
“Nyukasl” İngiltərə Premyer Liqasının növbəti turunda “Vulverhempton”la qarşılaşacaq. Oyun 18 yanvarda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.