AZ

Süni intellektdən məsləhət alan 19 yaşlı gənc öldü

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Kaliforniyada 19 yaşlı Sem Nelson "ChatGPT"dən aldığı təhlükəli məsləhətlərdən sonra həyatını itirib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, onun anasının paylaşdığı söhbət tarixçəsində görünür ki, süni intellekt gəncə zərərli maddələri birləşdirməklə bağlı riskli yönləndirmələr verib.

Gəncin mayın 31-də ölü tapıldığı və toksikoloji hesabatda ölüm səbəbinin zərərli kimyəvi qarışıqdan qaynaqlandığı bildirilib.

"OpenAI"şirkəti hadisəni faciəvi vəziyyət adlandıraraq ailəyə başsağlığı verib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
bakivaxti.az

1Mənbələr