Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kilian Mbappenin yaşıl meydana dönüşü bir qədər ləngiyəcək."Football-plus.az" xəbər verir ki, “Real”ın açıqladığı İspaniya Superkubokunda iştirak edəcək futbolçuların siyahısında komandanın hücumçusu yer almayıb. Məlumata görə, fransalı futbolçu zədə səbəbindən vacib turniri buraxmalı olacaq. Klub hələ ötən ilin son günündə onun sıradan çıxdığını elan etmişdi. Baş məşqçi Xabi Alonso mətbuat konfransında Mbappenin Superkubok matçlarına qədər sağalacağına ümid etdiyini bildirsə də, bu, mümkün olmayıb.“Real” bu gün turnirin yarımfinalında Madridin digər klubu “Atletiko” ilə qarşılaşacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.