Bakı. Trend:
2030-cu ilədək Çin–Azərbaycan–Avropa marşrutu (Orta Dəhliz) üzrədaşımaların həcmi iki dəfə arta bilər.
Bu barədə Trend-ə Almaniyada yerləşən və multimodal daşımalarla,eləcə də təchizat zəncirlərinin idarə olunması ilə məşğul olanbeynəlxalq logistika qrupu - "Rhenus Logistics" şirkətindən məlumatverilib.
“Şirkət Çin–Azərbaycan–Avropa marşrutu üzrə yükdaşımaların həcmiüçün yüksək və dayanıqlı artım potensialı görür. Qlobal təchizatzəncirlərinin şaxələndirilməsi və şirkətlərin daha dayanıqlınəqliyyat həlləri axtarması fonunda Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu ehtiyat marşrutdan əsas ticarət yoluna çevrilib.
Son iki ildə Transxəzər marşrutu üzrə konteyner daşımaları ildətəxminən 35–40 faiz artaraq, 2022-ci ildəki 1,5 milyon tongöstəricidən 2024-cü ildə təxminən 3,2 milyon tona çatıb. Bakı,Aktau və Kurık kimi əsas logistika qovşaqlarına davam edəninvestisiyalar, həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstanarasında dəmir yolu əlaqələrinin daha yaxşı koordinasiyası nəzərəalınmaqla, yükdaşımaların həcminin 2030-cu ilədək iki dəfə artacağıgözlənilir”, – deyə "Rhenus Logistics"də qeyd ediblər.
Şirkətdən əlavə edilib ki, liman və dəmir yolu infrastrukturunundaha da inkişafı, eləcə də səmərəli multimodal əlaqələndirmə yaxınillərdə daşımaların həcminin artımını stimullaşdırmaqda davamedəcək.
"Rhenus"un regionda və əsas terminallarda fəal mövcudluğu buartımı dəstəkləməyə və dəhliz boyunca etibarlı, dayanıqlı logistikahəlləri təmin etməyə imkan verir.
Qeyd edək ki, Orta Dəhliz (həmçinin Transxəzər BeynəlxalqNəqliyyat Marşrutu – TITR kimi tanınır) Asiyanı Avropa iləbirləşdirən nəqliyyat və ticarət yoludur və ənənəvi Şimal və Cənubdəhlizlərinə alternativ kimi çıxış edir. Marşrut Çindən başlayır,Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan)keçir, Azərbaycan vasitəsilə Xəzər dənizini aşır, daha sonraGürcüstan və Türkiyə üzərindən davam edərək Avropaya çatır. Bu qurumarşrutu daha uzun dəniz yollarını keçməyə imkan verir və ŞərqiAsiyanı, o cümlədən Çini birbaşa Avropa ilə əlaqələndirir.