Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xırdalanda nəzarət kamerasının olmamasından istifadə edən sürücü qayda pozuntusu törədib. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-ND-391 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü nizamlanan piyada keçidində stop xətti keçərək dayanıb piyadalara yol verib. Daha sonra isə nəzarət kamerasının olmadığını görən sürücü qırmızı işıqda hərəkət edərək yoluna davam edib. Onun törətdiyi qayda pozuntusu arxadan gələn avtomobilin kamerasına düşüb.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.