AZ

Salyanda avtomobil maneəyə çırpıldı – 4 nəfər xəsarət aldı

Salyanda avtomobilin maneəyə çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.

Paralel.az xəbər verir ki , hadisə köhnə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində Salyan rayon sakinləri; 1979-cu il təvəllüdlü Əhmədova Aynurə Əzizəli qızı, 1988-ci il təvəllüdlü Əzizova Günel Roman qızı, 1991-ci il təvəllüdlü Allahverdiyev Heybət Rafət oğlu və Bakı sakini, 2002-ci il təvəllüdlü Əhmədov Əhməd Aşur oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. (Report.az)

Seçilən
38
3
paralel.az

4Mənbələr