AZ

Qarlı və şaxtalı havaya avtomobillər necə hazırlanmalıdır?

Bakı.Trend:

Son günlər ölkə ərazisində soyuq hava şəraiti müşahidə olunur.Bu cür hava şəraitində avtomobillərin sürüşməsi də yol hərəkətindəən ciddi risklərdən birinə çevrilir. Temperaturun sıfır dərəcəyəyaxınlaşması ilə yollarda buzlanma yaranır, bu da təkərlərin yolsəthi ilə təmasını zəiflədir və qəza ehtimalını artırır. Xüsusiləsürücülərin sürət həddinə riayət etməməsi, yay təkərlərindənistifadə və qəfil manevrlər sürüşmə hallarının daha da artmasınasəbəb olur.

Məsələ ilə bağlı Trend-ə avtomobil təmiri mütəxəssisi Razil Nağıyevbildirib ki, əslində qışa hazırlıq işlərinə qar yağmağa başladıqdansonra deyil, hava temperaturu sabit şəkildə aşağı düşməzdən əvvəlbaşlanmalıdır.

Onun sözlərinə görə, texniki baxımdan optimal dövr oktyabrayının ikinci yarısı və noyabr ayının əvvəli hesab olunur. Budövrdə görülən tədbirlər avtomobilin qış şəraitində təhlükəsiz vəstabil istismarını təmin edir.

“Qış mövsümünə hazırlığın ən vacib mərhələsi qış təkərlərinəkeçiddir. Hava temperaturu +7°C-dən aşağı düşdükdə yay təkərlərielastikliyini itirir və yol tutumu kəskin azalır. Qış təkərləri isəyumşaq rezin tərkibi və xüsusi protektor quruluşu sayəsində qar vəbuz üzərində daha yaxşı tutum yaradır və əyləc məsafəsiniəhəmiyyətli dərəcədə azaldır”.

O vurğulayıb ki, bununla yanaşı, soyuducu sistemdə istifadəolunan antifrizin vəziyyəti mütləq yoxlanılmalıdır:

“Antifriz dərəcəsi minimum -30°C səviyyəsində olmalıdır. Sisteməsu qatılması və ya uyğun olmayan mayenin istifadəsi şaxtalı havadaradiatorun və mühərrikin ciddi zədələnməsinə səbəb ola bilər. Soyuqhava akkumulyatorun iş qabiliyyətinə də birbaşa təsir göstərir. Qışaylarında akkumulyatorun gücü təxminən 30–40% azalır. Bu səbəbdənköhnə və zəif akkumulyatorlar səhər saatlarında avtomobilin işədüşməməsinə və sürücünün yolda qalmasına gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, qış mövsümündə mühərrik yağının seçimidə xüsusi əhəmiyyət daşıyır. Daha axıcı və aşağı temperaturda özxüsusiyyətlərini saxlayan yağların istifadəsi mühərrikin soyuqstart zamanı rahat işləməsini təmin edir və daxili aşınmanıazaldır.

“Eyni zamanda, şüşəsilən və şüşə yuma sistemi qış rejiminəuyğunlaşdırılmalıdır. Yay üçün nəzərdə tutulmuş şüşə yuma mayesişaxtalı havada donar və görmə məsafəsini ciddi şəkildə azaldar.Silecek rezinlərinin vəziyyəti də yoxlanmalı, sərtləşmiş və aşınmışrezinlər vaxtında dəyişdirilməlidir”,- deyə o əlavə edib.

Nəqliyyat eksperti Fərhad Eyyubov isə Trend-ə açıqlamasındavurğulayıb ki, Azərbaycanda qış fəsli digər ölkələrlə müqayisədəqısa çəkir. Bu səbəbdən yolların hava şəraitinə görə pisləşəbiləcəyini çox vaxt nəzərə almır və şəxsi avtomobillərimizi qışmövsümünə lazımi səviyyədə hazırlamırıq.

“Nəqliyyat vasitələri bir neçə kateqoriyaya bölünür: ümumitəyinatlı, xüsusi təyinatlı, idarə tabeçiliyində olan, sahibkarlaraməxsus və şəxsi istifadə edilən avtomobillər. Hər bir növ nəqliyyatvasitəsinin özünə uyğun təmir və texniki qulluq bazası mövcuddur.Lakin şəxsi istifadədə olan avtomobillərin əksəriyyətinə qışmövsümünə ‘birtəhər dözək’ yanaşması ilə münasibət göstərilir”, - odeyib.

O qeyd edib ki, müasir avtomobillərin mühərrikləri qapalı sisteməsasında işləyir və onların antifriz sistemi, eləcə də digəristismar mayeləri nisbətən münasib qiymətə başa gəlir.

Ekspertin fikrincə, avtomobillərin şüşə təmizləyici mayelərinədə xüsusi diqqət yetirilməlidir. Qış mövsümü üçün nəzərdə tutulanbəzi mayelər donmanın qarşısını almağa kömək edir.

“Qış mövsümündə avtomobillərin sürüşmə və tormozlama zamanımanevr qabiliyyətinin təmin edilməsi üçün qış təkərlərindənistifadə olunması tövsiyə edilir. Ümumilikdə avtomobilin qışahazırlanması bir neçə mərhələdən ibarətdir. İlk növbədə sürücününpeşəkarlığı mühüm rol oynayır. Əgər sürücünün təcrübəsi kifayətqədər deyilsə, avtomobilin qış fəslinə texniki cəhətdən hazırolması da gözlənilən effekti verməyəcək. Bu baxımdan təcrübəsizsürücülərin qış aylarında zəruri olmayan səfərlərdən çəkinməsiməqsədəuyğundur.

Növbəti amil avtomobilin konstruktiv xüsusiyyətləri iləbağlıdır. Təkərlə yol səthi arasındakı ilişmə əmsalı normativlərəuyğun olmalıdır. Təəssüf ki, Azərbaycanda avtomobillərin təxminən40%-i 10 ildən, 30%-i isə 20 ildən artıq istismar olunan şəxsinəqliyyat vasitələridir. Uzun müddət istifadə olunan avtomobillərinkonstruktiv elementləri zəifləyir, texniki resursları azalır.Bununla yanaşı, avtomobil yollarında da sürüşməyə qarşı müvafiqhazırlıq işləri aparılmalıdır”, - deyə o əlavə edib.

Seçilən
46
3
az.trend.az

4Mənbələr