AZ

Vens: Qrenlandiya raketdən müdafiə üçün vacibdir

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Qrenlandiyanın raketdən müdafiə infrastrukturu üçün vacib olduğuna inanır.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “Fox News”a müsahibəsi zamanı deyib.

"Qrenlandiya təkcə milli təhlükəsizliyimiz üçün deyil, həm də bütün dünyanın milli təhlükəsizliyi üçün vacibdir. Bütün raketdən müdafiə infrastrukturu qismən Qrenlandiyadan asılıdır", - Vens bildirib.

ABŞ-ın vitse-prezidenti hesab edir ki, Danimarka adanın təhlükəsizliyinə kifayət qədər zəmanət verə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
apa.az

3Mənbələr