ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin 31 qurumu da daxil olmaqla, 66 beynəlxalq təşkilatda maliyyələşdirilməni və iştirakını dayandıran sənəd imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə bəyanat Ağ Evin saytında yerləşdirilib.
Qeyd edilib ki, bu təşkilatların çoxu ABŞ-ın suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji proqramları təbliğ edir.
Sənəddə təşkilatların tam siyahısı verilməyib.