AZ

Lionda fermerlərin etirazı davam edir

Paris, 8 yanvar, AZƏRTAC

Fransada “Mercosur” ticarət müqaviləsinə qarşı fermerlərin etirazı davam edir. Lionda kəndlilər yanvarın 5-dən M7 magistral yolunu bağlayıb və hökumətin son bəyanatlarına qarşı etirazlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Fransa hökuməti “Mercosur” müqaviləsi ilə bağlı olan təhdidlər qarşısında, ölkənin kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini qorumaq məqsədilə Cənubi Amerika ölkələrindən olan və qeyri-qanuni pestisidlərdən istifadə edilən avokado və manqo kimi məhsulların idxalını müvəqqəti olaraq dayandırıb.

Fransanın kənd təsərrüfatı naziri, Anni Jenevar bu məsələ ilə bağlı etirazların davam edəcəyini və mübarizənin sona qədər aparılacağını bildirib. O, bu mübarizəni üzüm bağlarına qarşı mübarizə kimi xarakterizə edib. Fransa artıq “Mercosur” müqaviləsinə qarşı tək qaldığını və Brüsseldəki digər Avropa ölkələrinin bu müqaviləyə dəstək verdiyini bildirir.

Hökumət nümayəndəsi kəndlilərlə görüşdə bildirib ki, Fransa bu ticarət müqaviləsini doğru şəkildə idarə etməyə çalışır və məhsulların yalnız qanuni şəkildə idxal edildiyinə əmin olmaq üçün yeni bir mütəxəssis briqadası yaradacaq.

Kəndlilər bu müqavilənin onların məhsulları ilə Cənubi Amerikanın məhsulları arasında haqsız rəqabət yaradacağını iddia edirlər.

Davam edən etirazlar yalnız ölkə daxilində deyil, eyni zamanda Avropa İttifaqı ilə aparılan danışıqlarda da mühüm bir mövzuya çevrilib.

Seçilən
96
3
azertag.az

4Mənbələr