AZ

Alkoqol, siqaret, tənbəllik: Onlardan qurtulmağın real planı açıqlandı

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Bir çox insan pis vərdişlərdən necə qurtulmaq və daha sağlam yaşamaq barədə düşünür. İlk növbədə bir kağız götürün və nəyi tərgitmək istədiyinizi (alkoqol, siqaret, oturaq həyat tərzi və s.) sadalayın. Bir dairə çəkib hissələrə bölə və ya siyahı tərtib edə bilərsiniz".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Zuxra Pavlova kp.ru-ya açıqlamasında bildirib.

Ekspertin fikrincə, insanın öz güclü tərəflərini düzgün qiymətləndirməsi vacibdir:

"Daha sonra davranışınızı dəyişdirmək üçün nə edəcəyinizi dəqiq şəkildə bilməlisiniz. Aydın şəkildə fəaliyyət planı yaradın. Yavaş-yavaş hərəkət etmək və hədəfləri aylar üzrə planlaşdırmaq lazımdır. Məsələn, yanvar ayında yuxunu yaxşılaşdırmaq, fevralda idmanı artırmaq və yazda pəhrizinizi yenidən nəzərdən keçirmək. Bu təqvim uğursuzluqların qarşısını almağa və motivasiyanı qorumağa kömək edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
oxu.az

1Mənbələr