ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp və Britaniyanın baş naziri Kir Starmer arasında telefon danışığı baş tutub.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Starmerin ofisindən məlumat verilib.
Telefon danışığı zamanı ABŞ-ın ələ keçirdiyi iki neft tankeri, Qrenlandiya və Venesueladakı hadisələri müzakirə ediblər.
"Onlar sanksiyaların ləğvinə qarşı birgə səylərin bir hissəsi olaraq “Bella 1”in ələ keçirilməsi üçün birgə əməliyyatı, Ukraynadakı son irəliləyişləri və ABŞ-ın Venesueladakı əməliyyatını müzakirə ediblər. Baş nazir həmçinin Qrenlandiya ilə bağlı mövqeyini bildirib", - Starmerin ofisinin yaydığı məlumatda deyilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.