AZ

Mağazaya SİLAHLI BASQIN: Ölən və yaralananlar var – VİDEO

Panamada mağazaya silahlı basqın fiasko ilə bitib.

İnterpress.az xəbər verir ki, yanvarın 4-ü axşam saatlarında Panama ətrafında yerləşən mağazalardan birinə silahlı hücum olub.

Hadisə cinayətkarlar üçün uğursuzluqla nəticələnib.

Belə ki, quldurlardan biri avtomobil dayanacağında güllələnərək öldürülüb. Digər iki cinayətkar isə müxtəlif dərəcəli güllə yaraları alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan biri omba nahiyəsindən vurulub.

Dəstə üzvlərindən yalnız sürücü qaçmağa müvəffəq olub. Polis sonradan cinayətkarların atıb getdiyi avtomobili aşkarlayıb.

Atışma zamanı bir polis əməkdaşı da yüngül xəsarət alıb. O, tibbi yardımdan sonra evə buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
interpress.az

1Mənbələr