AZ

İranda vəziyyət gərginləşir: bu şəhər də etirazçıların nəzarətinə keçdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İranda etirazçılar üçüncü şəhərə nəzarəti ələ keçiriblər.

Globalinfo.az İran KİV-ə istinadla xəbər verir ki, iddialara görə, etirazçılar artıq Kərəc şəhərinə nəzarəti təmin ediblər. Bu, etirazların yayıldığı üçüncü şəhərdir.

Kərəc Tehranın qərbində yerləşən iri şəhər-peyk və İranın əsas sənaye mərkəzlərindən biridir. Şəhər Əlburz vilayətinin inzibati mərkəzi hesab olunur.

Kərəc həmçinin Tehranı Xəzər dənizi və ölkənin digər bölgələri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Şəhərin əhalisi 1,5 milyondan çoxdur.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
137
1
globalinfo.az

2Mənbələr