ABŞ-ın Venesuela neftini oğurlamaq niyyəti yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın Energetika naziri Kris Rayt deyib.
O bildirib ki, Vaşinqton sadəcə Venesuela enerji təchizatından satışları və pul vəsaitlərinin axınını nəzarətdə saxlamağa çalışır.
"Biz Venesuelada satışları və pul vəsaitlərinin hərəkətini yalnız ona görə idarə edirik ki, vəsaitlər Venesuela xalqının həyatını yaxşılaşdırmaq və amerikalılar üçün riskləri azaltmaq üçün istifadə olunsun. Biz heç kimin neftini oğurlamırıq",-deyə Kris Rayt vurğulayıb.
O, həmçinin qeyd edib ki, neft şirkətləri hələ Venesuelaya böyük məbləğdə investisiya qoymağa hazır deyillər:
"Onlar Venesuelada yeni infrastruktura milyardlarla dollar investisiya qoyacaqlarmı? Qətiyyən yox, çünki şərtlər dəyişməlidir".
Anar