ABŞ-nin Venesuela üçün planı üç bənddən ibarətdir.
"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib.
O bildirib ki, bu addımlar Venesuelanın xaosa doğru irəliləməsinin qarşısını almağa yönəlib.
Məlumata görə, ABŞ planına aşağıdakı bəndlər daxildir:
1. Ölkədəki vəziyyətin sabitləşməsi: ABŞ Venesuela neftini bazar qiymətləri ilə satmağa başlamağı planlaşdırır. Vaşinqton 30-50 milyon barel arasında yanacaq alacaq;
2. Bərpa: ABŞ və digər şirkətlərin Venesuela bazarına çıxışı, Venesuela müxalifət tərəfdarlarının azad edilməsi və əfvlər nəzərdə tutulur;
3. Hakimiyyətin ötürülməsi.
"Biz çox müsbət istiqamətdə irəlilədiyimizi hiss edirik", - deyə Marko Rubio jurnalistlərə bildirib.
Telegram kanalımız