AZ

"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub

“Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Belediyyespor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” klublarında çalışıb.

Qeyd edək ki, 32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarında da işləyib.

“Fənər”in qolkiperi sabiq klubuna qayıdır?

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cütlükləri bəlli olub

Nigeriyalı müdafiəçi “Trabzonspor”da - RƏSMİ

"Fənərbaxça" Fransa klubu ilə danışıqlara başlayıb

Türkiyədə mərc qalmaqalı böyüyür: 108 məşqçi və 105 menecer PFDK-ya göndərilib

Seçilən
98
20
apasport.az

10Mənbələr