AZ

Tramp Avropa ölkəsini müharibə ilə hədələdi

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ölkəyə birləşdirilməsi üçün müxtəlif variantları nəzərdən keçirdiyi açıqlanıb. Metbuat.az xəbər verir ki, Ağ Ev bu prosesin ABŞ üçün milli təhlükəsizlik prioriteti olduğunu bildirib. Ağ Evin bəyanatında deyilir ki, Tramp və onun komandası bu məqsədə çatmaq üçün müxtəlif ssenarilər üzərində işləyir və ABŞ ordusu da baş komandanın səlahiyyətlərində olan seçimlərə daxildir. Hərbi müdaxilənin mümkün variant kimi irəli sürülməsi Danimarka və digər Avropa ölkələrinin reaksiyasına səbəb olub. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Danimarka liderləri birgə bəyanat yayaraq, Danimarka və Qrenlandiya xalqının Qrenlandiyanın gələcəyinə qərar verə biləcəyini vurğulayıblar. Bəyanatda həmçinin NATO və Birləşmiş Millətlər Təşkilatının prinsipləri vurğulanıb. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Qrenlandiyanın statusunun beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını bildirib.

Qeyd edək ki, 57000 əhalisi olan Qrenlandiyada keçirilən rəy sorğularına görə, ictimaiyyətin böyük əksəriyyəti ABŞ-yə qoşulmaq istəmir.

Seçilən
74
metbuat.az

1Mənbələr