AZ

Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığı zamanı nələri müzakirə ediblər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon danışığı aparıb. Ərdoğanın ofisinin məlumatına görə, iki ölkə arasında Venesuela da daxil olmaqla bir sıra aktual məsələlər müzakirə olunub: “Liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli siyasi münasibətləri, müdafiə sənayesi sahəsində əməkdaşlığı, iki ölkə arasında hədəf ticarət həcminə çatmaq üçün atılan addımları, eləcə də Qəzza və Venesueladakı vəziyyəti də əhatə edən regional və qlobal məsələləri müzakirə ediblər.”, – Türkiyə Prezident Aparatının məlumatında deyilir.

Söhbət yanvarın 5-də baş tutub. Daha əvvəl bildirilirdi ki, Ərdoğan və Tramp Amerika F-35 və F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü, eləcə də CAATSA çərçivəsində Türkiyəyə tətbiq edilən ABŞ sanksiyalarının ləğvi imkanlarını müzakirə edəcəklər.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
editor.az

1Mənbələr