AZ

Rusiyanın əsgərləri Ukraynada Tanrının buyurduğu müqəddəs missiyanı yerinə yetirirlər – Vladimir Putin

Rusiyada rəsmi Milad bayramı olan 7 yanvar gecəsi Vladimir Putin kilsəyə gedib və orada hərbçilər və onların ailələri ilə söhbət edib. O, Rusiya əsgərlərinin “Tanrının müqəddəs missiyasını” yerinə yetirdiyini bildirib.

Rusiya prezidentinin saytında dərc olunmuş məlumatda qeyd olunur ki, Putin həmin gecə Moskva vilayətindəki Böyük Şəhid Georgi Qalib Kilsəsində keçirilən ibadətə qatılıb və ibadətə qatıldıqdan sonra əsgərlərlə görüşür, onların arvadlarına və azyaşlı uşaqlarına müraciət edir: “Bu gün biz Məsihin Mövludunun gözəl, parlaq bayramını qeyd edirik. Və biz tez-tez Rəbbi Xilaskarımız adlandırırıq, çünki O, Yer kürəsinə bütün insanları xilas etmək üçün gəlib.

Rusiyanın əsgərləri, sanki Tanrının göstərişi ilə, həmişə məhz bu missiyanı yerinə yetirirlər – Vətəni müdafiə etmək, Vətəni və onun xalqını xilas etmək”, – deyə Rusiya lideri bildirib.
Uşaqlara müraciət edərək o, müharibəyə gedən valideynləri ilə fəxr etməli olduqlarını bildirib. Putin bəyan edib ki, “Rusiya hər zaman öz əsgərlərinə bu cür yanaşıb – sanki Tanrının göstərişi ilə bu müqəddəs missiyanı yerinə yetirənlər kimi”.
Putin həmçinin “Rus Pravoslav Kilsəsinin gənclərin vətənpərvərlik, mənəvi və əxlaqi tərbiyəsi də daxil olmaqla, qorunub saxlanılmasına verdiyi unikal töhfəni” qeyd edib.

O, əlavə edib ki, Rusiya Federasiyasındakı dini təşkilatlar “mərhəmət aktlarına yorulmaz diqqət yetirir” və həmçinin Rusiyada “xüsusi hərbi əməliyyat” adlandırılan Ukraynaya qarşı müharibənin iştirakçılarını və veteranlarını dəstəkləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr