AZ

“Qarabağ” Avropa klublarında oynayan üç huçumçunu heyətinə qatmaq istəyir

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” hazırda Avropa klublarının formasını geyinən 3 hücumçu ilə danışıqlar aparır.

İdman.Biz bu barədə sportinfo.az-a istinadən məlumat verir.

Məlumata görə, Qurban Qurbanov onlardan, heç olmasa, birini yaxın günlərdə Azərbaycanda görmək istəyir. Baş məşqçi mövsümün ikinci hissəsinin daha gərgin keçəcəyini təxmin etdiyindən, yalnız Nəriman Axundzadə ilə Kamilo Duranın ümidinə qalmaq niyyətində deyil.

Qarşıdan Çempionlar Liqasının əsas mərhələsinin son iki oyunu gəlir. “Köhlən atlar” evdə “Ayntraxt”la üz-üzə gələcək, ardınca İngiltərədə “Liverpul”un önünə çıxacaq. İştirak ərizəsinə yeni oyunçuların daxil edilməsi artıq mümkün deyil.

Ancaq ölkədaxili yarışlar üçün belə bir icazə var. Odur ki, təcrübəli mütəxəssis ehtiyatı əldən vermək fikrindən uzaqdır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
2
icma.az

5Mənbələr