AZ

Çexiyada hökumət binasının yaxınlığındakı Ukrayna bayrağı götürülüb

Ayna saytına istinadən ain.az xəbər verir.

Ukrayna bayrağının yerinə Avropa Birliyinin bayrağı asılıb

Çexiyada hökumət binasının yaxınlığındakı bayraq dirəyindən Ukrayna bayrağı götürülüb və onun yerinə Avropa Birliyinin (AB) bayrağı asılıb. AYNA.AZ xəbər verir ki, bu barədə "İdnes" qəzeti məlumat yayıb.

Çexiya hökumətinin sözçüsü Karla Mraçkovanın sözlərinə görə, "əvvəllər mövcud olan standart bayraq dəsti - Çexiya və Avropa Birliyinin bayrağı - indi hökumət binasının qarşısında asılıb".

Onun sözlərinə görə, Ukrayna bayrağı böyük tədbirlərdə dalğalanacaq.

Mraçkova vurğulayıb ki, Ukraynaya dəstək hökumət binasının qarşısında bayrağın qaldırılmasından asılı deyil.

Çexiyanın Baş naziri Andrey Babiş daha əvvəl bildirib ki, ölkəsi Ukraynaya sursat tədarükü təşəbbüsünü davam etdirməyə razıdır, lakin bu təşəbbüsü yalnız digər ölkələr maliyyələşdirərsə.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
ayna.az

1Mənbələr