Dünya futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviç karyerasına və oyun üslubuna təsir edən futbolçunun adını açıqlayıb.
QOL.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, isveçli ulduz Ronaldonu tarixin ən güclüsü hesab etdiyini bildirib.
İbrahimoviç uşaqlıq illərini xatırlayaraq kumirindən bu cür bəhs edib:
"Mənim üçün Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu olub və elə də qalır. Çoxlu böyük futbolçular var, amma mənim üçün ən yaxşısı odur. O vaxtlar sosial şəbəkələr yox idi. Kitabxanaya gedib videolar axtarır, gizlənərək onun driblinqlərinə və hərəkətlərinə baxırdım. Mən bu fəndləri öyrənmək istəyirdim".