AZ

ABŞ dövlət katibi Danimarka rəsmiləri ilə Qrenlandiyanı müzakirə edəcək

BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya ilə bağlı məsələləri müzakirə etmək üçün Danimarka rəsmiləri ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Rubio Prezident Donald Trampın əvvəlcədən Qrenlandiyanı almaq niyyətində olduğunu bildirib.

“Bu, yeni deyil. O, bu barədə ilk prezidentliyi müddətində də danışmışdı. Tramp Qrenlandiyanı necə əldə edə biləcəyimizi nəzərdən keçirən ilk ABŞ Prezidenti deyil. Orada maraq məsələsi var”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin vacibliyini bildirib. Birinci prezidentlik müddətində o, Qrenlandiyanı satın almağı təklif etmişdi. 2025-ci ilin martında isə adanı ilhaq edilə biləcəyinə əminliyini ifadə edərək, təklif rədd ediləcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələmişdi. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.

Seçilən
125
50
teleqraf.com

10Mənbələr