Yazını böyüt
Yazını kiçilt
ABŞ Dövlət katibi Marko Rubio gələn həftə Qrenlandiya ilə bağlı məsələləri müzakirə etmək üçün Danimarka rəsmiləri ilə görüşəcək.
Hafta.az bildirir ki, bu barədə o, jurnalistlərə açıqlama verib.
ABŞ Dövlət katibi Prezident Donald Trampın əvvəlcədən Qrenlandiyanı almaq niyyətində olduğunu bildirib: “Bu, yeni deyil. O, bu barədə ilk prezidentliyi müddətində də danışmışdı. Tramp Qrenlandiyanı necə əldə edə biləcəyimizi nəzərdən keçirən ilk ABŞ Prezidenti deyil. Orada maraq məsələsi var”.