AZ

İranda etirazlar zamanı iki nəfər ölüb » AzadMedia.az


İranın Lurdegən (Lordegan) şəhərində etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalar nəticəsində iki nəfər ölüb, 30 nəfər yaralanıb. Bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, etirazçılar asayiş keşikçilərinə atəş açıb. Atışma zamanı şəhər mərkəzində yerləşən bir neçə binaya da ziyan dəyib.
Qeyd edək ki, İranda etiraz aksiyaları ötən ilin dekabr ayının sonlarından davam edir. Etirazlara səbəb milli valyuta olan rialın kəskin dəyər itirməsi olub. Son dövrlər aksiyalarda anti-hökumət şüarlarının artdığı bildirilir. Medianın məlumatına görə, indiyədək baş verən toqquşmalarda ölənlərin sayı 30-u keçib.
Seçilən
101
1
azadmedia.az

10Mənbələr